İsrail İranın Fordo nüvə obyektinə hücum ETDİ

 14:10 23.06.2025     105

İsrail yenidən İranın Fordo nüvə obyektinə hücum edib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Tehranın cənubda yerləşən Qum əyalətinin böhran vəziyyətlərinin idarə edilməsi qərargahı məlumat yayıb.

"Bir neçə dəqiqə əvvəl İsrail yenidən Fordo nüvə obyektinə hücum etdi. Atom Enerjisi Təşkilatının nümayəndələri bildiriblər ki, vətəndaşlar üçün heç bir təhlükə və ya təhdid yoxdur", - ILNA agentliyi hökumətin bəyanatını təqdim edib.