Pezeşkian nazirlərlə görüş KEÇİRİR

 16:32 23.06.2025     87

İran Prezidenti Məsud Pezeşkian vətəndaşların zəruri xidmətlərlə təmin edilməsi məqsədilə bir sıra görüşlər keçirib.

Bu barədə Redaktor.az “Tasnim” agentliyinə istinadən məlumat verir.

O, səhiyyə, neft və kənd təsərrüfatı nazirləri ilə ayrı-ayrılıqda danışıqlar aparıb.

Görüşlər zamanı Pezeşkian mövcud şəraitdə əhaliyə səmərəli və hərtərəfli xidmət göstərilməsi üçün dəqiq və strateji planlaşdırmanın vacibliyini vurğulayıb.

Qeyd olunub ki, prezident əhaliyə xidmətlərin göstərilməsi istiqamətində səylərin əlaqələndirilməsi üçün müxtəlif qurumların nümayəndələri ilə məsləhətləşmələri davam etdirəcək.