"Niyə İran xalqı getdikcə zorakılaşan bu hakimiyyəti dəyişməsin ki?" - Ağ Ev

“İranın nüvə təsisatları tamamilə dağıdılıb”.
Redaktor.az xəbər verir ki, bunu Ağ Evin sözçüsü Karolin Levitt “ABC News” kanalına müsahibəsində deyib.
“Prezident Tramp radikal bir rejimin nüvə bombasına nail olmasına və xalqımızı təhdid etməsinə mane oldu. Onların artıq nüvə silahı yaratmaq və dünyanı təhdid etmək qabiliyyəti yoxdur. Biz tam əminik ki, hədəfə aldığımız yerlərdə İranın zənginləşdirilmiş uran ehtiyatı saxlanılırdı. Prezident Tramp nüvə münaqişəsinin qarşısını aldı”- Ağ Evin mətbuat katibi bildirib.
Karolin Levitt həmçinin qeyd edib ki, İranın Hörmüz boğazını bağlaması onlar tərəfindən “axmaqlıq” olardı.
“Əgər iranlılar diplomatik həll yoluna qayıtmasalar, niyə İran xalqı getdikcə zorakılaşan bu hakimiyyəti dəyişməsin ki?”- deyə o əlavə edib.