ABŞ İrana İsrailin münaqişəni bitirmək istədiyini bildirib - WSJ

 20:16 23.06.2025     115

ABŞ ərəb rəsmilərinə İrana çatdırmağı xahiş edib ki, İsrail yaxın zamanda münaqişəni bitirmək niyyətindədir.

Redaktor.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb.

Nəşrin həmsöhbətlərinin məlumatına görə, İran hökuməti bildirib ki, ABŞ-nin onların nüvə obyektlərinə endirdiyi zərbələrə cavab vermək məcburiyyətindədirlər.

İsrail rəsmiləri WSJ-yə bildiriblər ki, ABŞ-nin İrana zərbələrindən sonra nüvə proqramı ilə bağlı danışıqların yenidən başlanmasını gözləyirlər. Tehran hələlik geri çəkilməkdən imtina edib.

Daha əvvəl ABŞ Prezidenti Donald Trampın administrasiyası ərəb vasitəçilər vasitəsilə İrana çatdırıb ki, nüvə obyektlərinə zərbələr birdəfəlik aktdır. Bununla belə, ərəb dövlətləri hələ də münaqişənin daha da gərginləşməsinə hazırlaşırlar.