İran-İsrail münaqişəsi iki il davam edə bilər - CNN

 20:36 23.06.2025     113

İran hesab edir ki, İsrail və müttəfiqləri ilə münaqişə iki il uzana bilər və Tehran belə bir hala hazırdır.

Redaktor.az xəbər verir ki, bu barədə CNN adı açıqlanmayan İran rəsmisinə istinadən məlumat yayıb.

İran hakimiyyətinin fikrincə, hərbi əməliyyatların müvəqqəti dayandırılması ilə bağlı çağırışlar İranın müharibəni davam etdirməyə hazırlığını qiymətləndirmək üçün diversiya manevrindən başqa bir şey deyil.