Türkiyədə tır və minik avtomobili qəzaya uğradı: ölən və yaralananlar var

Türkiyədənib Bursa şəhərində minik avtomobili ilə tırın toqquşması nəticəsində bir nəfər həlak olub, iki nəfər yaralanıb.
Redaktor.az xəbər verir ki, hadisə İznik-Yenişehir avtomobil yolunda baş verib. S.D. idarə etdiyi minik avtomobilinin sükan nəzarətini itirərək qarşıdan gələn R.A. idarəsindəki tırla toqquşub.
Qəza nəticəsində minik avtomobilində sərnişin olan F.Ö. hadisə yerində həyatını itirib. Avtomobil sürücüsü S.D. və sərnişin E.Y. yaralanıb. Yaralılar təcili tibbi yardım qrupları tərəfindən İznik Dövlət Xəstəxanasına çatdırılıb. Onların səhhətinin yaxşı olduğu bildirilib.
F.Ö.-nün cəsədi ekspertiza üçün Bursa Məhkəmə Tibbi Ekspertiza İdarəsinin morquna göndərilib.
Qəza ilə bağlı araşdırmalar davam etdirilir.
Kənan YUSİF