Suriyalıların vətənlərinə qayıdışı davam EDİR

Suriyadakı vətəndaş müharibəsi zamanı Türkiyəyə sığınan suriyalıların, 61 illik BƏƏS rejiminin devrilməsindən sonra öz ölkələrinə qayıtması sürətlənib. Məktəblərin tətilə çıxması ilə bu proses daha da intensivləşib.
Redaktor.az xəbər verir ki, Kilis şəhərində yerləşən Öncüpınar Gömrük Məntəqəsinə müraciət edən suriyalılar, Könüllü Geri Qayıdış Ofisindəki prosedurları tamamladıqdan sonra vətənlərinə yollanır.
Vətəninə qayıtmaq üçün Öncüpınar Gömrük Məntəqəsinə gələn Məhəmməd Kahraman müharibə səbəbilə Türkiyəyə sığındığını qeyd edib.
Kahraman bildirib:
“Türkiyəni çox sevirəm. Məktəblərin tətilə çıxmasını gözləyirdik. Artıq uşaqlarımız şəhadətnamələrini aldı, biz də vətənimizə qayıdırıq. Türkiyəyə təşəkkür edirəm".
Prosesin davam etdiyi və qayıdışların artmaqda olduğu müşahidə edilir.
Kənan YUSİF