İran ABŞ-nin hərbi bazasını vurdu - YENİLƏNİB

İran ABŞ-nin Qətərdəki bazasına azı 3 raket atıb.
Redaktor.az xəbər verir ki, bu barədə IRIB məlumat yayıb.
Məlumata görə, təyyarə və gəmilər Fars körfəzi regionunu tərk edir.
İranın “NourNews” agentliyi əl-Udeyd bazasına azı altı raketin düşdüyünü iddia edir.
***
İran Qətərdəki ABŞ-nin əl-Udeyd bazasına qarşı hərbi əməliyyata başlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə IRIB məlumat yayıb.
Məlumata görə, əməliyyat "Qələbə xəbərləri" adlanır.
***
Qətərin paytaxtı Dohada partlayış səsləri eşidilib.
Redaktor.az xəbər verir ki, "Axios"un məlumatına görə, İran Qətərdəki ABŞ hərbi bazaları istiqamətində 6 raket atıb.