İsrailin Tehrana hücumu zamanı iki İran hərbçisi ÖLDÜ

 21:37 23.06.2025     109

İsrail İranın paytaxtı Tehranda İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) obyektinə zərbə endirib.

Redaktor.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, hücum nəticəsində iki İran hərbçisi ölüb, daha səkkiz nəfər yaralanıb. Agentlik vurğulayıb ki, zərbəni İsrail aviasiyası endirib.