13 şəhərdə dələduzluq əməliyyatı: 67 nəfər saxlanıldı

İstanbul mərkəzli 13 şəhərdə keçirilən əməliyyat zamanı rəqəmsal yollarla dələduzluq etdiyi iddia olunan 67 nəfər saxlanılıb.
Redaktor.az xəbər verir ki, İstanbul Cumhuriyyət Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində "Forex investisiya dələduzluğu", "qanuni veb saytların kopyalanması dələduzluğu" və "rəqəmsal qumar üsulları" ilə çoxsaylı şəxsi aldadan şübhəlilər müəyyən edilib.
Maliyyə Cinayətləri Araşdırma İdarəsinin (MASAK) məlumatına görə, saxta şirkətlər vasitəsilə qanunsuz gəlirlər əldə edən, pulları kripto valyutalara çevirərək Kapalıçarşıdakı valyuta məntəqələri vasitəsilə 7 milyard TL məbləği xaricə çıxaran 102 nəfər haqqında məlumat əldə olunub.
Polis qüvvələri İstanbul mərkəzli 13 şəhərdə eyni vaxtda əməliyyat keçirərək 67 nəfəri saxlayıb. İstintaq davam edir.
Kənan YUSİF