ABŞ-nin bu bazalarında hava hücumu xəbərdarlığı elan edildi

 21:49 23.06.2025     153

ABŞ-nin Bəhreyn, Küveyt və Qətərdəki bazalarında hava hücumu xəbərdarlığı elan edilib.

Redaktor.az xəbər verir ki, bu barədə İranın dövlət televiziya və radio şirkəti məlumat yayıb.

ABŞ-nin İraqdakı bazasında da partlayışlar olduğu bildirilir.

Bundan əvvəl İranın “Qələbə xəbərləri” əməliyyatı həyata keçirdiyi və bu əməliyyat çərçivəsində digər ölkələrdəki ABŞ hərbi obyektlərinə cavab zərbələri endirildiyini bildirilib.