İran Qətərdəki ABŞ bazasının vurulmasından sonra bəyanat YAYDI

 22:02 23.06.2025     126

"ABŞ-nin İranın dinc məqsədli nüvə obyektlərinə qarşı hücumuna cavab olaraq, Ali Milli Təhlükəsizlik Şurasının qərarı ilə SEPAH və "Xatəm əl-Ənbiya" komandanlığı ilə "Bərəkətül-Fəth" əməliyyatı çərçivəsində Qətərdəki Əl-Udeyd aviabazasına güclü raket zərbəsi endirib."

Redaktor.az xəbər verir ki, bu açıqlama İran Silahlı Qüvvələrinin bəyanatında öz əksini tapıb.

Qeyd edək ki, baza ABŞ Hərbi Hava Qüvvələrinin qərargahı və ABŞ-nin regiondakı ən böyük hərbi obyektidir.

İran tərəfi həmçinin bildirib ki, ölkənin ərazi bütövlüyü və təhlükəsizliyinə hər hansı qəsd cavabsız qalmayacaq. İran regiondakı ABŞ bazalarını həssas nöqtələr adlandırıb.