Bu ölkələr hava məkanını müvəqqəti olaraq BAĞLADI

Bəhreyn, BƏƏ, Küveyt və İraq hava məkanını müvəqqəti bağladığını elan edib.
Redaktor.az-ın xəbərinə görə, bölgədə vəziyyətin gərginləşməsi fonunda hava hərəkətinin müvəqqəti dayandırılması qərarı ehtiyat tədbiri kimi qəbul olunub.
Bundan əvvəl İranın Yaxın Şərqdəki ABŞ hərbi hədəflərinə cavab zərbələri endirməklə "Qələbə xəbərləri" əməliyyatına başladığı bildirilmişdi.