ABŞ-nin bu hərbi bazası yüksək hazırlıq vəziyyətinə gətirildi

ABŞ-nin Suriyanın şimal-şərqindəki Qəsrukdəki iri hərbi bazası İran və onun nəzarətində olan silahlı qrupların potensial hücum təhlükəsi səbəbindən yüksək hazırlıq vəziyyətinə gətirilib.
Redaktor.az xəbər verir ki, bu barədə "Syria TV" məlumat yayıb.
Məlumata görə, ABŞ ordusu mümkün hücumu dəf etmək üçün hava hücumundan müdafiə sistemlərini hazırlayıb.
Suriyanın təhlükəsizlik xidmətindəki mənbə bildirib ki, şimal-şərqdəki Həsəkə əyalətində qalan ABŞ qüvvələrinin əsas hissəsi Qəsrükda cəmlənib.
Bundan əvvəl İranın "Mehr" agentliyi ABŞ-nin bu hərbi obyektinin günün birinci yarısında minaatanlardan atəşə tutulduğunu bildirmişdi.