Narkotik satıcılarına qarşı əməliyyat keçirildi - 104 nəfər saxlanıldı

 23:23 23.06.2025     115

Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya, Antalyada narkotik maddə satanlara qarşı keçirilən "Narkokapan-Antalya" əməliyyatı nəticəsində 104 nəfərin həbs edildiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, Yerlikaya, sosial media hesabında əməliyyatın əsas hədəfinin gəncləri hədəf alan, məhəllə və küçələrdə narkotik maddə satan "torbacı" adlanan şəxslər olduğunu vurğulayıb.

4 ay davam edən hazırlıq prosesi çərçivəsində 107 şübhəlinin izlənildiyini bildirən nazir, 104 nəfərin həbs edildiyini, 3 nəfər barəsində isə məhkəmə nəzarəti qərarı verildiyini qeyd edib.

"Bu müddət ərzində, sanki Antalyanın yenidən rentgenini çəkdik. Səylərimizi diqqətlə planlaşdırdıq, şübhəliləri texniki və fiziki nəzarətdə saxlayaraq cinayətləri sənədləşdirdik. Nəhayət, əməliyyata başladıq", - deyə Yerlikaya bildirib.

Kənan YUSİF