Quterreş Dəməşqdəki terror hücumunu PİSLƏDİ

 23:41 23.06.2025     125

BMT-nin Baş katibi Antoniu Quterreş Suriyanın paytaxtı Dəməşqdəki kilsəyə qarşı terror hücumunu pisləyib.

Redaktor.az xəbər verir ki, bu barədə dünya təşkilatının başçısı sosial şəbəkədə paylaşım edib.

“Dəməşqdəki Müqəddəs Elias Kilsəsinə qarşı terror hücumunu pisləyirəm və tam təhqiqat aparılmasını tələb edirəm”, – o yazıb.

Quterreş terror qurbanlarının ailələrinə başsağlığı verib və yaralılara şəfa diləyib.

“BMT Suriya xalqını sülh və ədalət axtarışında dəstəkləməyə sadiq qalır”, – Baş katib vurğulayıb.

Xatırladaq ki, ötən gün Dəməşqdəki yunan pravoslav kilsəsinə hücum nəticəsində onlarla insan ölüb.