"İran ABŞ-nin zərbələri nəticəsində nüvə silahı qabiliyyətini itirib" - Vitse-prezident

 02:37 24.06.2025     137

ABŞ İranın nüvə obyektlərinə zərbə endirdikdən sonra İran nüvə silahı yaratmaq üçün texniki imkanlarını itirib.

Redaktor.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Devid Vens bildirib.

"Biz bilirik ki, onlar nüvə silahı yarada bilməzlər" - o, "Fox News"a deyib.

"Biz onların uranı zənginləşdirmək imkanlarını məhv etmişik, uranı 60 faizə qədər zənginləşdiriblər, lakin 90 faiz zənginləşdirmək imkanlarına malik deyillər. Onların da onu nüvə silahına çevirmək imkanları yoxdur. Bu, missiyanın uğurudur, onların nüvə proqramının məhvidir", - deyə Vens əlavə edib.

Turan İSMAYIL