Netanyahunun ofisi İranla atəşkəs əldə olunduğunu rəsmən elan ETDİ

 10:27 24.06.2025     140

İsrail tərəfi İranla atəşkəsin əldə olunduğunu elan edib.

Redaktor.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi bəyanat yayıb.

Bildirilib ki, əməliyyat məqsədlərinə nail olduqdan sonra ABŞ prezidenti Donald Trampla tam koordinasiya əsasında İranla ikitərəfli atəşkəsə razılaşıb.

“İsrail atəşkəsin istənilən pozulmasına güclə cavab verəcək”, - bəyanatda qeyd edilib.