Girov ailələri İsraildən sülh tələb edir

 10:51 24.06.2025     77

Qəzzada saxlanılan israilli əsirlərin yaxınları öz hökumətlərini Fələstin ərazisində müharibəyə son qoymağa və yaxınlarının geri qaytarılmasını təmin etməyə çağırır.

Redaktor.az bu barədə "Aljazeera"ya istinadən xəbər verir.

"Atəşkəs razılaşması Qəzzanı da əhatə edəcək şəkildə genişlənməlidir. Biz hökuməti bütün girovların qaytarılmasına və müharibənin sona çatmasına səbəb olacaq təcili danışıqlara qoşulmağa çağırırıq. Əgər İranla atəşkəsə nail ola bilsələr, Qəzzada da müharibəyə son qoya bilərlər", - Girovlar və İtkin Ailələr Forumunun "X"də verdiyi bəyanatda deyilir.

"İrandakı parlaq əməliyyatdan və İran oxuna həlledici, sarsıdıcı zərbədən sonra İsrailin Qəzza bataqlığında batmağa qayıtması ağlasığmazdır. Bu, bütün məntiqə və hər bir İsrailin maraqlarına ziddir", - o deyib.

"Bütün girovların qaytarılmasını təmin etmək üçün istifadə etmədən İranda əməliyyatı dayandırmaq ciddi diplomatik uğursuzluq olardı. Tarixi bir fürsət pəncərəsi var və İsrail hökuməti bunu iki əli ilə ələ keçirməyə borcludur."

Xədicə BAXIŞLI