Teslanın robot taksiləri hökumətin diqqətini çəkir

 11:59 24.06.2025     133

Teslanın sürücüsüz taksisi qanun pozuntularına görə ABŞ-nin diqqətini çəkib.

Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

ABŞ-nin federal təhlükəsizlik agentlikləri Tesla robot taksisinin yol hərəkəti qaydalarını pozması hallarını araşdırmağa başlayıb. Jurnalistlər qeyd ediblər ki, yerli tənzimləyici Elon Maskın korporasiyasının sərnişin xidməti ilə onun işə salınmasından bir gün sonra maraqlanmağa başlayıb.

ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi (NHTSA) jurnalistlərə Tesla sürücüsüz avtomobillərinin yol hərəkəti qaydalarını pozması hallarından xəbərdar olduqlarını bildiriblər.

 “Hesabatları və digər müvafiq məlumatları qiymətləndirdikdən sonra NHTSA yol təhlükəsizliyini qorumaq üçün bütün lazımi tədbirləri görəcək,” - deyə qurumdan bildirilib.

Aytəkin TOFİQQIZI