Rusiyanın Dneprə hücumu nəticəsində, 16 nəfər öldu, 100-dən çox yaralı var - YENİLƏNİB

 21:40 24.06.2025     164

Rusiyanın Ukraynanın Dnepr vilayətinə ballistik raketlərlə hücumu nəticəsində ölənlərin sayı artmaqda davam edir.

Redaktor.az xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayəti Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak öz "Telegram" kanalında məlumat verib.

Onun sözlərinə görə, Artıq 9 nəfər həlak olub, 100-dən çox sakin yaralanıb.

Ukrayna Prezidenti Volodimir Zelenski Niderland parlamentinin Senatı və Nümayəndələr Palatasına müraciətində bildirib ki, hücum nəticəsində azı 16 nəfər həyatını itirib, 100-dən çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.

***

Rusiya Silahlı Qüvvələrinin Dneprpetrovsk vilayətinə (Ukrayna) endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, bunu Dneprpetrovsk vilayəti Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak bildirib.

"Dneprdə ölənlərin sayı 15-ə çatıb. Təəssüf ki, 174 nəfər yaralanıb. Həkimlər bütün lazımi tibbi yardımı göstərirlər", - o vurğulayıb.

Dnepr meri Boris Filatov iyunun 25-ni matəm günü elan edib.