"Ukraynanın NATO-ya gedən yolu açıqdır"

 20:11 24.06.2025     99

Ötən il ABŞ-də keçirilən zirvə görüşündə qəbul edilmiş qərarlara uyğun olaraq Ukraynanın alyansa gedən yolu açıqdır.

Redaktor.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Haaqa sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə bildirib.

"Ukrayna üçün NATO-ya yol - açıqdır. Biz danışarkən, bu körpünü qururuq", - o qeyd edib.

Daha əvvəl Macarıstanın baş naziri Viktor Orban bildirmişdi ki, Budapeşt bu həftə NATO və Avropa İttifaqı sammitlərində Ukraynanın alyansa və Aİ-yə inteqrasiyasına mane olmağa çalışacaq.