Hava məkanı məhdudiyyətləri davam edir - Uraloğlu

 21:51 24.06.2025     60

Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu, İsrailin İrana hücumlarından sonra bölgədə hava məkanı məhdudiyyətlərinin davam etdiyini bildirib. Nazir, planlı ləğvlər və marşrut dəyişiklikləri ilə əməliyyatların davam etdiyini vurğulayıb.

Redaktor.az xəbər verir ki, Uraloğlu, sosial media hesabında verdiyi açıqlamada deyib:

“13 iyunda başlayan İsrail hücumları sonrası bölgədəki hava məkanı məhdudiyyətləri qüvvədədir. İran-Təbriz uçuş bölgəsi 25 iyun saat 10:30-a, İsrail-Təl-Əviv isə 25 iyun saat 03:59-a qədər uçuşlara bağlıdır".

Türk Hava Yollarına məxsus iki təyyarənin İstanbula geri çağırıldığını qeyd edən Uraloğlu, həmçinin Küveyt, Dəmmam, Bəhreyn, Doha, Əbu-Dabi, Dubay və Maska səfərlərinin ləğv edildiyini açıqlayıb.

Nazir vəziyyətin yaxından izlənildiyini əlavə edib.

Kənan YUSİF