Əkrəm İmamoğlu təhqir iddiası ilə məhkəməyə çıxarılır

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) vəzifəsindən uzaqlaşdırılmış sədri Əkrəm İmamoğlu haqqında “vəzifəsini yerinə yetirən dövlət məmurunu təhqir etmək” ittihamı ilə 9 aydan 4 il 1 aya qədər həbs cəzası tələbi ilə məhkəmə işi açılıb.
Redaktor.az xəbər verir ki, İstanbul Respublika Prokurorluğunun Mətbuat Cinayətləri İstintaq Bürosu tərəfindən hazırlanan iddianamədə iki prokuror şikayətçi qismində yer alıb.
İddianamədə qeyd edilib ki, 23 mart tarixində İmamoğlu "silahlı terror təşkilatına yardım" ittihamı ilə ifadə verdikdən sonra həbs tələbi ilə məhkəməyə göndərilib. Məhkəmədə İmamoğlunun, həbs tələbi ilə bağlı təqdimatda adı keçən iki prokurora qarşı təhqiramiz ifadələr işlətməsi ilə bağlı istintaq başladılıb.
Məhkəmə işinin yaxın günlərdə İstanbulda aparılacağı bildirilib.
Kənan YUSİF