FETÖ istintaqında 176 hərbçiyə həbs QƏRARI

 23:20 24.06.2025     71

İstanbul, İzmir və 41 fərqli vilayətdə aparılan əməliyyatlar nəticəsində FETÖ-nün stasionar telefonlardan təşkilati ünsiyyət qurduğu məlum edilən, aralarında polkovnik, podpolkovnik, mayor, kapitan, leytenant və gizir rütbələrində olan 174 fəaliyyətdəki hərbçinin də yer aldığı 176 şübhəliyə qarşı həbs qərarı çıxarılıb. Onlardan 158-i saxlanılıb.

Redaktor.az xəbər verir ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğunun yazılı açıqlamasında, Türkiyə Silahlı Qüvvələrinə sızmış və hələ tamamilə ifşa edilməmiş FETÖ üzvlərinin olduğu qeyd olunub.

Açıqlamada, FETÖ-nün dövlətin konstitusiya quruluşuna və təhlükəsizliyinə qarşı hələ də ən böyük təhlükə olduğu vurğulanıb. Prokurorluq, təşkilatın hərbçiləri idarə edən mülki şəxslər vasitəsilə ictimai telefon şəbəkələrindən qurduğu əlaqələrin ən təsirli ifşa üsulu olduğunu bəyan edib.

Araşdırmalar çərçivəsində şübhəlilərin əksəriyyətinin təşkilati rabitə metodlarını istifadə etdiyi təsbit olunaraq əməliyyat davam etdirilir.

Kənan YUSİF