UNRWA Ankarada ofis AÇACAQ

Türkiyə ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İnkişaf Agentliyi (UNRWA) arasında Ankarada ofis açılmasına dair razılaşma imzalanıb.
Redaktor.az xəbər verir ki, UNRWA-nın yazılı açıqlamasında, Agentlik ilə Türkiyə arasında Ankarada ofis açılmasına dair razılaşmanın İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci iclası çərçivəsində imzalandığı bildirilib.
Razılaşmanın Türkiyə ilə UNRWA arasındakı əlaqələrdə "əhəmiyyətli dönüş nöqtəsi" olduğu, həmçinin Türkiyənin Agentliyə verdiyi siyasi və maliyyə dəstəyinin göstəricisi olduğu qeyd edilib.
Bu əməkdaşlıq vasitəsilə UNRWA ilə Türkiyə arasındakı tərəfdaşlığın daha da güclənəcəyi və Agentliyin Türkiyə qurumları və xalqı ilə daha möhkəm əməkdaşlıq quracağı vurğulanıb.
Kənan YUSİF