Öldürüldüyü xəbəri çıxan SEPAH komandanı general İsmayıl Qaani sağdır

 23:31 24.06.2025     136

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin komandanı, general İsmayıl Qaani sağdır.

Redaktor.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Bildirilib ki, Qaani İsrail və İran arasında atəşkəsdən sonra bu gün Tehranda keçirilən mitinqdə iştirak edib.

“Tasnim” mitinqdə iştirak edən Qaaninin görüntülərini də paylaşıb.

Qeyd edək ki, “New York Times“ 13 iyunda İsrailin İrana hücumlarında İsmayıl Qaaninin öldüyü barədə xəbər yaymışdı.

Əlavə edək ki, İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xameneinin müşaviri Əli Şamxaninin də müharibənin ilk günlərində öldüyü xəbəri yayılmış, sonradan onun sağ olduğu məlum olmuşdu. Məlumatda o da bildirilirdi ki, İsrailin hücumu zamanı ağır yaralanan Şamxaninin vəziyyəti stabildir.