NATO-nun hərbi xərcləri 10 ildə bir trilyon dollar artıb - Baş katib

 23:56 24.06.2025     114

NATO-nun hərbi xərcləri son 10 ildə bir trilyon dollar artıb və tezliklə "trilyonlarla" artacaq.

Redaktor.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Niderland kralının ev sahibliyi etdiyi NATO sammitinin iştirakçıları üçün keçirilən qala-qəbulda çıxışında deyib.

Rutte NATO-nun hərbi xərclərini ÜDM-in 2 faizindən 2035-ci ilə qədər 5 faizə yüksəltmək planına toxunaraq bildirib ki, ABŞ Prezidenti Donald Tramp sayəsində son 10 ildə NATO-nun hərbi xərcləri bir trilyon dollar artıb: "Bizi irəli çəkdiyiniz üçün təşəkkürlər. İndi bu, trilyonlarla artacaq".

Turan İSMAYIL