ABŞ-nin zərbələri İranın nüvə proqramının əsas komponentlərini məhv etməyib - Pentaqon

ABŞ Hər Hava Qüvvələrinin ötən həftəsonu İranın üç nüvə obyektinə endirdiyi zərbələr ölkənin nüvə proqramının əsas komponentlərini məhv etməyib.
Redaktor.az xəbər verir ki, bu barədə "CNN" ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin ilkin hesabatına istinadən məlumat yayıb.
Məsələ ilə tanış olan dörd mənbənin bildirdiyinə görə, bu qiymətləndirmə ABŞ Mərkəzi Komandanlığının zərbələrdən sonra apardığı döyüş zərəri analizi əsasında hazırlanıb.
Qeyd olunur ki, zərbələrlə bağlı təhlillər davam edir və yeni kəşfiyyat məlumatları əldə edildikcə nəticələr dəyişə bilər.
Lakin ilkin nəticələr Prezident Donald Trampın zərbələrin İranın nüvə obyektlərini “tamamilə məhv etdiyi” barədə iddiaları ilə ziddiyyət təşkil edir.
ABŞ müdafiə naziri Pit Heqset də bazar günü verdiyi açıqlamada İranın nüvə ambisiyalarının “məhv edildiyini” bildirmişdi.
Mənbələrdən ikisinin sözlərinə görə, İranın zənginləşdirilmiş uran ehtiyatı zərbələr zamanı məhv edilməyib.
Digər bir mənbə isə bildirib ki, sentrifuqlar əsasən demək olar ki, salamatdır.