İrana PUA hücumu oldu - VİDEO

İranın şimalındakı Rəşt şəhərinin ətrafına bir neçə pilotsuz uçuş aparatı ilə hücum edilib.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Gilan əyalətinin qubernatorunun müavini məlumat yayıb.
“Təxminən bir saat əvvəl bir neçə pilotsuz uçuş aparatı İranın şimalında yerləşən Rəşt şəhərinin ətrafına hücum edib”, - deyə məlumatda qeyd olunub.
Bildirilib ki, hücum hava hücumundan müdafiə qüvvələri tərəfindən dəf olunub, bütün PUA-lar məhv edilib.
Lakin dronların haradan göndərildiyi açıqlanmır.