İranda münaqişə dövründə 700 nəfər SAXLANILIB

 10:15 25.06.2025     100

İranın hüquq-mühafizə orqanlarının əməkdaşları iyunun 13-dən bu günə qədər İsrailin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə şübhəli bilinən 700 nəfəri saxlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı “Fars” agentliyi yayıb. 

Məlumata görə, həmin şəxslər daha çox Kirmanşah, İsfahan, Xuzistan, Fars və Lorestan vilayətlərində saxlanılıb.

Xatırladaq ki, iyunun 13-də İsrail və İran arasında yaranan hərbi münaqişə iyunun 24-də qarşılıqlı atəşkəslə başa çatıb.