Qalstanyan saxlanıldı - YENİLƏNİB - VİDEO

 12:31 25.06.2025     101

Ermənistanda “Müqəddəs mübarizə” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan və onun tərəfdarları terror aktı törətmək və hakimiyyətin konstitusiyaya zidd yolla ələ keçirilməsinə cəhddə şübhəli bilinirlər.

Redaktor.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin İstintaq Komitəsi yayıb. 

Komitənin məlumatına görə, ölkədə hakimiyyətin qanuni yolla dəyişməsinə nail ola bilməyən Qalstanyan 2024-cü ilin noyabrından qeyri-qanuni fəaliyyətlərə hazırlaşmağa başlayıb. 

Belə iddia edilir ki, arxiyepiskop bir sıra tərəfdarları ilə əlbir olaraq terror fəaliyyəti və hakimiyyətin ələ keçirilməsi kimi qiymətləndirilə biləcək şəraitin yaradılmasına hazırlıq görüb.

***

“Sputnik Ermənistan”ın məlumatına görə, hazırda polis və Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Qalstanyanın evində axtarış aparır.

Bununla yanaşı, səhər saatlarında “Müqəddəs mübarizə” tərəfdarlarının evində də axtarış aparıldığı qeyd olunub.

***

B.Qalstanyan evində aparılan axtarışlardan sonra Ermənistan MTX tərəfindən saxlanılıb.