ABŞ gələn həftə İranla danışıqlar aparmağa ümid edir - Tramp

 19:32 25.06.2025     101

ABŞ administrasiyası gələn həftə İranla nüvə proqramı ilə bağlı danışıqlar aparmağa və razılığa gəlməyə ümid edir.

Redaktor.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp NATO sammitinin yekunlarına dair Haaqada keçirilən mətbuat konfransında bildirib.

"Biz növbəti həftə İranla danışıqlar aparmağı gözləyirik, bəlkə də bir sazişə imza atacağıq. Məni bizim İranın nüvə proqramı ilə bağlı sazişimizin olub-olmaması maraqlandırmır. Biz onların nüvə proqramını məhv etdik", - ABŞ lideri qeyd edib.