Rusiya Qətər və İsrailə uçuşlara icazə verdi, İrana isə...

Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviatsiya) Qətər və İsrailə uçuşların bərpasına icazə verdiyini, lakin İrana olan uçuş qadağasını uzatdığını elan edib.
Redaktor.az xəbər verir ki, Rosaviatsiyanın açıqlamasında Yaxın Şərqdə baş verən hadisələrin diqqətlə izlənildiyi bildirilib.
Məlumata əsasən:
Qətərə uçuşların bərpa edilməsinə icazə verilib.
İsrailə isə Moskva vaxtı ilə yalnız 01:00-dan 07:00-a qədər olan uçuşlara qadağa tətbiq olunacaq, digər saatlarda uçuşlara icazə verilib.
İrana uçuş qadağasının müddəti uzadılıb.
İordaniya və İraq hava məkanlarından istifadəyə tətbiq olunan qadağalar da qüvvədə saxlanılıb.
Rosaviatsiya əlavə edib ki, vəziyyətdə dəyişiklik baş verərsə, bu barədə məlumatlar dərhal Rusiya hava nəqliyyatı operatorlarına çatdırılacaq.
Kənan YUSİF