Tehranın çıxış yolları geri qayıdanlar üçün AÇILDI

 22:50 25.06.2025     112

İranın paytaxtı Tehranda atəşkəsin ardından həyat normallaşmağa başlayıb və şəhərə qayıdışlar sürətlənib. Yollarda yaranan tıxacın qarşısını almaq üçün Tehran ilə şimal şəhərləri arasında hərəkət yalnız paytaxta giriş üçün təşkil edilib.

Redaktor.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, Tehran-Çalus avtomobil yolu tək yönlü olaraq təşkil edilib.

Şimal bölgələrindən Tehrana qayıdışların intensivləşməsi ilə Tehran-Çalus yolunda nəqliyyat sıxlığı yaşanıb. Nəqliyyat Polisi İdarəsi, bu sıxlığı azaltmaq məqsədilə yolun Tehrandan şimal istiqamətinə olan hərəkətini dayandırıb. Hazırda nəqliyyat yalnız şimaldan Tehrana doğru davam edir.

Xatırladaq ki, İsrailin Tehrana qarşı hücumlarının intensivləşməsi nəticəsində paytaxt sakinləri əsasən ölkənin şimalında yerləşən şəhərlərə üz tutmuşdular.

Kənan YUSİF