"Bunqalov dələduzluğu" əməliyyatında 20 şübhəli həbs EDİLDİ

 22:53 25.06.2025     102

Türkiyədə Sakarya mərkəzli 13 əyalətdə, bunqalov turizm obyektlərinə aid hesab məlumatlarından istifadə edərək saxta səhifələr vasitəsilə dələduzluq etməkdə ittiham olunan 50 nəfər saxlanılıb. Onlardan 20-si məhkəmə qərarı ilə həbs edilib.

Redaktor.az xəbər verir ki, Sakarya, Pamukova və Geyvə prokurorluqlarının koordinasiyası ilə həyata keçirilən əməliyyat zamanı saxlanılan şübhəlilərin polis idarəsindəki istintaqı tamamlanıb.

Məhkəməyə göndərilən şübhəlilərdən 20-si növbətçi hakim tərəfindən həbs edilib, digərləri isə ifadələri alındıqdan sonra ya sərbəst buraxılıb və ya məhkəmə nəzarəti ilə azad edilib.

Kənan YUSİF