“Amerikanın Səsi” radiostansiyası fəaliyyətini dayandırmalıdır - Tramp

 09:35 26.06.2025     73

ABŞ prezidenti Donald Tramp hesab edir ki, “Amerikanın səsi” radiostansiyası fəaliyyətini dayandırmalıdır.

Redaktor.az xəbər verir ki, Tramp bu haqda öz “Truth” hesabında yazıb.

"Respublikaçılar niyə demokratların ruporu olan “Amerikanın Səsi”nin mövcudluğunu davam etdirmək istəyirlər? Bu, solçular üçün tam bir fəlakətdir. Heç bir respublikaçı radiostansiyanın saxlanmasına səs verməməlidir. Bitsin!", - Tramp yazıb.

Qeyd edək ki, martın 14-də Tramp ABŞ hökumətinin televiziya və radioda xarici siyasət təbliğatına cavabdeh olan Qlobal Media Agentliyinin (USAGM) fəaliyyət dairəsinin azaldılması haqqında sərəncam imzalayıb.

Qurum xüsusilə, dövlət tərəfindən maliyyələşdirilən “Azad Avropa/Azadlıq” radiosu və “Amerikanın səsi” radiostansiyalarının işini koordinasiya edib.