Azərbaycanla bağlı əhəmiyyətli plan və layihələrimiz var - Latviya Seyminin deputatı

 11:00 26.06.2025     92

Azərbaycanla bağlı olduqca əhəmiyyətli planlarımız və layihələrimiz var.

Redaktor.az xəbər verir ki, bunu Latviya Seyminin "Sabitlik" partiyasından olan azərbaycanlı deputat Alim Səlimov bildirib.

O qeyd edib ki, həmkarlarl ilə birgə ilk növbədə iqtisadi sahədə addımlar planlaşdırırlar: "Xüsusilə Latviya bazarında Azərbaycan məhsulların miqyasını artırmağı planlaşdırmışıq. Bu, vacib amildir. Bundan başqa əsasən texniki sahədə Latviya və Azərbaycan arasında təhsil mübadiləsi də genişləndiriləcək".

Soydaşımız əlavə edib ki, siyasi müstəvidə Latviya Azərbaycanın strateji tərəfdaşıdır: "Biz bu istiqamətdə burada mövqeləri daha da möhkəmləndirəcəyik".

Qeyd edək ki, Alim Səlimov Latviya parlamentində yeganə azərbaycanlı deputatdır (Report).