Özbəkistan TDT ilə bağlı bu qanunu təsdiqlədi

 17:30 26.06.2025     126

Özbəkistan Ali Məclisi Senatının səkkizinci plenar iclasında 2024-cü il noyabrın 6-da Bişkek şəhərində imzalanmış “Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin təsis edilməsi haqqında Saziş”in ratifikasiyası haqqında qanun müzakirə edilib və təsdiqlənib.

Redaktor.az  Report-a istinadla xəbər verir ki, bu barədə Özbəkistan Senatından məlumat verilib.

Senatorlar sənədi dəstəkləyərək, onun risklərə hazırlıq səviyyəsinin artırılması və mülki müdafiə sahəsində regional əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar.

Vumart və Güvən reklamı Vumart Güvən