NATO-nun 32 üzvü müdafiə xərclərini 5 %-ə qədər artıracaq

 17:55 26.06.2025     72

NATO sammitinin yekunları üzrə alyansın 32 üzvü müdafiə xərclərini ÜDM-in 5 %-nə qədər artırmağa söz verib.

Redaktor.az xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu Pentaqon rəhbəri Pit Heqset brifinqdə bildirib.

"NATO-nun 32 ölkəsi ÜDM-in 5 %-ni müdafiəyə yönəltməyi, faktiki olaraq NATO alyansına sərmayə qoymağı öhdəsinə götürüb", - o qeyd edib.

Pentaqon rəhbəri bunun "tarixi" an olduğunu vurğulayıb.