Məktəbdə transformator partladı, 29 nəfər öldü

 19:46 26.06.2025     74

Mərkəzi Afrika Respublikasının paytaxtında orta məktəbdə transformatorun partlaması səbəbindən çaxnaşma yaranıb, nəticədə ən azı 29 şagird həlak olub.

Redaktor.az xəbər verir ki, hadisə 5 mindən çox şagirdin liseydə buraxılış imtahanı verdiyi zaman baş verib.

Yaranmış təlaş nəticəsində 260 nəfərin yaralandığı vurğulanıb.