AEBA Ukraynaya AES üçün avadanlıqlar tədarük ETDİ

 20:35 26.06.2025     138

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) Ukraynaya nüvə təhlükəsizliyi sahəsində hərtərəfli yardım proqramı çərçivəsində iki yeni avadanlıq tədarükü həyata keçirib.

Redaktor.az xəbər verir ki, bu barədə nüvə nəzarətçisinin mətbuat xidməti məlumat yayıb.

“AEBA-nın Ukraynada nüvə təhlükəsizliyi və fiziki nüvə təhlükəsizliyi sahəsində yardım göstərilməsi üzrə hərtərəfli proqramı çərçivəsində iki yeni avadanlıq tədarükü həyata keçirilib ki, bu da silahlı münaqişənin başlanğıcından bəri belə tədarüklərin ümumi sayını 142-yə çatdırıb”, – məlumatda qeyd olunub.

Bildirilib ki, hər iki tədarük Yaponiyanın maliyyə dəstəyi ilə gerçəkləşdirilib.