Xameneini öldürmək istəyirdik, amma... - İsrailin müdafiə naziri

İsrail 12 günlük müharibə zamanı İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneini öldürmək niyyətində olub, lakin bunun üçün imkan tapmayıb.
Redaktor.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz “Channel 13”ə müsahibəsində deyib.
“Biz onu görə bilsəydik, aradan qaldırardıq. Biz Xameneini öldürmək istəyirdik, amma bunun üçün heç bir əməliyyat imkanı olmadı. Lakin Xamenei bunu başa düşdü və yerin altına, çox dərinliklərə çəkildi və məhv edilən komandirləri əvəz edən komandirlərlə əlaqəni kəsdi, nəticə etibarilə bu real deyildi”, - Katz deyib.
Katz ABŞ-ın buna icazə verib-verməməsi ilə bağlı suala cavabında isə belə qeyd edib: “Bizim belə şeylər üçün icazəyə ehtiyacımız yoxdur”.
Qeyd edək ki, müdafiə naziri müharibə vaxtı bildirirdi ki, İranın Ali Rəhbərinin öldürülməsi hərbi əməliyyatların əsas hədəflərindən biridir.