Gürcüstan parlamenti bu qanunu qəbul ETDİ

 22:28 26.06.2025     98

Gürcüstan parlamenti “Milli təhlükəsizlik siyasətinin planlaşdırılması və əlaqələndirilməsi haqqında” qanuna Təhlükəsizlik Şurasının ləğvini nəzərdə tutan düzəlişləri üçüncü və yekun oxunuşda qəbul edib.

Redaktor.az-ın xəbərinə görə, bu barədə qanunverici orqanın mətbuat xidməti məlumat yayıb.

Dəyişikliklər 83 deputatın dəstəyini qazanıb.

"Dəyişikliyə əsasən, Milli Təhlükəsizlik Şurası 2025-ci il sentyabrın 1-dən ləğv ediləcək. Həmçinin müəyyən edilib ki, Gürcüstan hökuməti milli təhlükəsizlik siyasətinin planlaşdırılması üzrə əlaqələndirici orqan olacaq", - mətbuat xidmətinin bəyanatında qeyd olunub.

Dəyişikliklərə əsasən, Milli Təhlükəsizlik Şurasının ləğvi üçün xüsusi komissiya yaradılacaq. Onun tərkibini və səlahiyyətlərini hökumət müəyyən edəcək.