Üç il sonra ilk ölüm hökmü icra edildi

 09:40 27.06.2025     95

Yaponiyada 2022-ci ildən bəri ilk ölüm hökmü icra edilib.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin ictimai televiziyası bildirib.

Bu, həm də Baş nazir Şiqeru İşiba hökumətində ədliyyə naziri tərəfindən edam fərmanının imzalandığı ilk ölüm hökmüdür. Yaponiyada ölüm hökmü asılmaqla həyata keçirilir.

Edam edilən 34 yaşlı Takahiro Şiraişi 2021-ci ildə doqquz adamı öldürdüyü üçün ölüm cəzasına məhkum edilib. O, sosial şəbəkə vasitəsilə intihara meyilli yeniyetmələri və gəncləri öz mənzilinə aparıb, sonra isə öldürüb.

Ümumilikdə Yaponiyada müharibədən sonrakı dövrdə 105 cinayətkar edam edilib.