İsrail Livanda "Hizbullah"ın mövqelərinə zərbə endirdi

 18:35 27.06.2025     89

İsrail Hərbi Hava Qüvvələri Livanda "Hizbullah"a qarşı əməliyyat keçirib.

Redaktor.az xəbər verir ki, İsrail ordusuna istinadən xəbər verir ki, Hizbullahın Livanın cənubunda, Bofor Ric bölgəsində yerləşən yeraltı infrastrukturu hədəfə alınıb.

Bildirilib ki, silahlı təşkilatın yeraltı təsisatları məhv edilib və öz hərbi gücünü rehabilitasiya etmək cəhdlərinin qarşısı alınıb.