Meşə yanğını ilə əlaqədar 455 ailə təxliyə olundu, 3 nəfər saxlanıldı

Türkiyənin İzmir şəhərində meşə yanır.
Redaktor.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Bildirilib ki, yanğın kənar ərazidə başlayıb, sonra meşəyə yayılıb.
Hadisə yerinə 643 nəfər yanğınsöndürən, səkkiz təyyarə, 16 helikopter, 57 yanğınöndürən maşın və digər texniki vasitələr cəlb olunub.
Məlumata görə, yaxınlıqdakı ərazidə yaşayan 455 ailə təxliyə olunub, hadisəni törətməkdə şübhəli bilinən üç nəfər saxlanılıb.