İrəvan məhkəməsi arxiyepiskop Mikael Acapaxyanı həbs ETDİ

Ermənistanın Apostol Kilsəsinin Şirak Yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapaxyan İrəvan Birinci İnstansiya Məhkəməsinin qərarı ilə həbs edilib.
Redaktor.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə onun vəkili Ara Zöhrabyan bildirib.
Məlumata görə, Acapaxyan iki aylıq müddətə həbs edilib, müdafiə tərəfi isə məhkəmənin qərarından apellyasiya şikayəti vermək niyyətindədir.
İlkin məlumata görə, arxiyepiskop Nubaraşen cəzaçəkmə müəssisəsinə köçürüləcək.
Qeyd edək ki, Mikael Acapaxyan Ermənistanda hakimiyyətin devrilməsinə açıq çağırışlarda ittiham olunur.