İran müharibədə həlak olan hərbi rəhbərlərini dəfn EDİR

 09:40 28.06.2025     256

İranda İsraillə 12 günlük münaqişə zamanı həlak olanlar üçün dəfn mərasimi başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə “The Times of Israel” İran KİV-ə istinadən məlumat yayıb.

Bildirilib ki, mərasim təxminən 60 həlak olan şəxsə həsr ediləcək. Onların arasında ali hərbi rəhbərlik, həmçinin nüvə alimləri də var.

Qeyd edək ki, iyunun 13-də gecə saatlarında İsrail İrana qarşı "Yüksələn Şir" ("Rising Lion") əməliyyatını həyata keçirib. İsrail Hərbi Hava Qüvvələri (HHQ) xüsusilə İranın hərbi və nüvə obyektlərinə zərbələr endirib.