Öldürülən azərbaycanlıların nəşlərinin gətirilməsi ilə bağlı tədbirlər görülür

 12:30 28.06.2025     131

Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən öldürülən azərbaycanlıların nəşlərinin Azərbaycana gətirilməsi ilə bağlı tədbirlər görülür.

Redaktor.az-ın APA-ya istinadla xəbərinə görə, cənazələrin ailələrinə təhvil verilməsi üçün iş aparılır.

Qeyd edək ki, ötən gün Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin (FSB) azərbaycanlı Səfərovlar ailəsinin yaşadıqları müxtəlif ünvanlara keçirdiyi əməliyyat nəticəsində iki nəfər qətlə yetirilib, 9 nəfər saxlanılıb. Əməliyyat zamanı qətlə yetirilən iki qardaşdan biri- Hüseyn Səfərov Azərbaycan, Ziyəddin Səfərov isə Rusiya vətəndaşıdır.